“Məqsədim Premyer Liqa çempionluğunu qazanmaqdır”

18:20 İngiltərə 86
“Məqsədim Premyer Liqa çempionluğunu qazanmaqdır”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasını qazanmağı özü üçün əsas hədəf kimi müəyyənləşdirdiyini deyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi, artıq UEFA Çempionlar Liqasını qazandığı üçün indi əsas məqsədinin Premyer Liqa çempionluğu əldə etmək olduğunu bildirib:

“Bunu bacara bilərikmi? Bəli, düşünürəm ki, bacara bilərik. Ola bilər ki, bu, uzaq görünür, amma komanda kimi düzgün düşüncə tərzinə sahib olmalıyıq.

Biz artıq “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal” kimi güclü rəqiblərə qarşı necə oynaya biləcəyimizi göstərmişik.

İndi məsələ bunu daha yüksək səviyyədə və daha sabit şəkildə davam etdirməkdir: həm Çempionlar Liqasında, həm də Premyer Liqada.

Ümid edirəm ki, növbəti mövsümdə komandada böyük rol oynayacam. Məqsədim Premyer Liqa çempionluğunu qazanmaqdır”.

27 yaşlı yarımmüdafiəçi 2017-2023-cü illərdə “Çelsi”də çıxış edib. O, Çempionlar Liqasını məhz London təmsilçisində olarkən qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti