Bu gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alıb. "Qarabağ"ın rəqibi 4 dəfə İngiltərə çempionu "Nyukasl" komandası olub.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.
"Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.
ÇL-in final matçı mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

