ŞOK HADİSƏ! O, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı

14:40 Hadisə 197
ŞOK HADİSƏ! O, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı

“Mingəçevir” qapıçısı Orxan Sadıqlı ilə yollarını ayırmasını dünən açıqladı.

Yayılan rəsmi bildirişdə onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirildi.

Amma…

2025-ci ilin yayından bu tərəfə komandanın formasını geyinən kiperin birdən-birə düşərgədən göndərilməsinin səbəbi elan olunmadı.

Saytımız bu yöndə ilginc məlumat əldə edib. Öyrəndiyimizə görə, «işıqçılar» məcburiyyət üzündən belə bir addım atıb.

Belə ki, 33 yaşlı «əlcək sahibi» hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, dünən günorta saatlarında Mingəçevir şəhər stadionundan aparılıb.

Hadisənin motivini hələ tam bilmirik. Odur ki, «Xəzər Lənkəran»ın yetirməsi zərərli vərdişlərinə görə bu vəziyyətlə üzləşməsini istisna etmirik.

Sadıqlının I Liqanın 18-ci turunda «Səbail»ə qarşı matçda yol verdiyi səhvi də yaddan çıxarmamalıyıq.

O, Mingəçevirdə keçirilən matçın 45-ci dəqiqəsində yaşına və təcrübəsinə yaraşmayan kobud səhvə yol verərək, komandasının 0:1 hesablı məğlubiyyətinə səbəbkar olub.

Kapitan sarğısı daşıyan qapçının şübhə doğuran bu xətası Premyer Liqanı hədəfləyən «işıqçılar»ın iddiasına zərbə vurub, onu turnir cədvəlində dördüncü pilləyə endirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti