İran bu il keçiriləcək dünya çempionatının oyunlarını Meksikada oynamaq istəyir.
Sportinfo.az xəbər verir ki, bununla bağlı FİFA ilə danışıqlar aparıldığı açıqlanıb.
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac “Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə ifadə etdiyinə görə, biz qətiyyən ABŞ-yə getməyəcəyik. Hazırda İranın Meksikada oynaması üçün FİFA ilə danışıqlar aparırıq”, - deyib.
ABŞ Prezidenti Donald Tramp İran milli komandasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakının təhlükəsiz olmayacağını xəbərdar etmişdi.
ABŞ, Meksika və Kanadanın təşkil etdiyi 23-cü Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

