“Milan” və “İnter”in hədəfindədir - Niderlandlı müdafiəçi

18 Mart 00:10 İngiltərə 503
“Milan” və “İnter”in hədəfindədir - Niderlandlı müdafiəçi

“Mançester Siti”nin müdafiəçisi Natan Ake “Milan” və “İnter” klublarının transfer hədəfindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caughtoffside” məlumat yayıb.

Niderlandlı futbolçu bu mövsüm əsas komandada möhkəmlənə bilmədiyinə görə, yaxın zamanda klubunu dəyişmək ehtimalı yüksəkdir.

Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Ake cari mövsümdə Premyer Liqada 14 oyuna çıxıb. O, 2020-ci ilin yayından “Mançester Siti”də oynayır və komanda ilə 4 dəfə İngiltərə çempionu olub, həmçinin, UEFA Çempionlar Liqasını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM