O, Azərbaycan yığmasından uzaqlaşdırıldı - Yeni baş məşqçi kim oldu?

13:20 Digər növlər 158
O, Azərbaycan yığmasından uzaqlaşdırıldı - Yeni baş məşqçi kim oldu?

Azərbaycanın kişilərdən ibarət ağırlıqqaldırma millisinin baş məşqçisi dəyişib.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis Maxtı Makkayevlə yollar ayrılıb.

Onu bu postda Sərdar Həsənov əvəzləyib. S.Həsənov həm də qadınlardan ibarət yığmanın baş məşqçisi kimi işini davam etdirəcək.

Azərbaycan Ağırlıqqaldırma Federasiyası 2023-cü il dekabrın sonunda Maxtı Makkayevin baş məşqçi təyin olunduğunu açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti