Azərbaycanın U-20 millisinin baş məşqçi postuna bir neçə namizəd olub.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib.
Milli assosiasiya rəsmisi Ruy Jorjeyə üstünlük verilməsinin səbəbini açıqlayıb:
"Portuqaliyanın U-21 millisindəki nəticələri, futbolçu kimi təcrübəsi bu məqamlarda əsas götürüldü.
Hazırda baş məşqçinin qarşısına qoyulan məqsəd odur ki, komanda qrup mərhələsində uğurlu çıxış etsin, rəqiblərlə mübarizə aparsın, meydanda döyüşə bilsin. Hazırda komandanın qarşısına ancaq dünya çempionatı ilə bağlı məqsədlər qoyulub".

