Azərbaycan klubu elə addım atdı ki... Hamı ŞOK olacaq!

17 Mart 22:20 Azərbaycan Futbolu 1 282
Azərbaycan klubu elə addım atdı ki... Hamı ŞOK olacaq!

Bir vaxtlar Zaur Tağızadənin oynadığı klubu bu günə salan kimlərdir?

Gənc futbolçuların 17-18 yaşdan sonra karyeralarında eniş yaşamaq səbəblərindən biri də hərbi xidmət yaşına çatmaları ilə bağlıdır.

Əsgərlik borcunu yerinə yetirib 1.6 aydan sonra geri qayıdan futbolçu çox az hallarda karyerasını davam etdirmək iradəsinə sahib olur.

Bu baxımdan milli komandaların üzvü olan gənclər bir qədər şanslıdır.

Bilirik ki, hazırda Birinci Liqada MOİK klubu fəaliyyət göstərir.

Bu klubun olmasının başlıca məqsədi həmin milli üzvlərinin idman formasında qalması üçün əsgərlik müddətini orada keçməsidir.

Azərbaycan futbolunda elə dövr olub ki, gənclər millimizin aşağı-yuxarı bütün üzvləri hərbi xidmətini MOİK-də keçib.

Futbolumuzun məşhur simalarından Zaur Tağızadə, Bəxtiyar Musayev, Alim Qurbanov və başqa onlarla oyunçunun yolu ordu klubundan düşüb.

Bu gün klubun baş məşqçisi olan İlham Yadullayev də zamanında hərbi xidmətini MOİK-də çəkib.

Təəssüf ki, uzun illərdir bu praktika doğru-düzgün işləmir.

Aşağı yaş qruplarında forma geyinən milli üzvləri bir çox hallarda uzaq rayonlarımızda hərbi xidmətdə olur.

Əvəzində MOİK-ə kənardan əmək haqqı müqabilində oyunçular transfer edilir.

Hələ bu azmış kimi, hazırkı klub rəhbərliyi artıq əcnəbilərə belə qapını açıb.

28 yaşlı kamerunlu yarımmüdafiəçi Nkonqo Mark və 24 yaşlı konqolu Custis Kvame Akuqe qış fasiləsindən sonra "hərbiçilər"in uğurları üçün mübarizə aparır.

Belə yerdə haqlı sual yaranır - Birinci Liqanın ortababı olan, yaradılmaqda mahiyyəti milli üzvlərinə qapılarını açmaq olan bir klub niyə bu cür 5-ci sort əcnəbilərə başda yer verir?

Milli üzvlərini itiririk, klub əlavə xərcə düşür.

Hardan baxsaq çox qüsurlu yanaşmadır, idarəçilikdir.

Və hər ötən gün də dərinləşir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti