AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşlılar arasında dünya çempionatının açılış və final oyununun hansı ölkədə keçirilməsi ibağlı müəyyən işlərin getdiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, deyib.
"FIFA ilə sıx əlaqədəyik. Dövlət qurumları ilə də əlaqə yaradılıb. Hazırda hüquqi sənədlər üzərində iş gedir.
Bakı birmənalı şəkildə mundialı qəbul edəcək şəhərlərdən biri olacaq. Digər şəhərlərlə bağlı hələlik dəqiq nəsə deyə bilmərik".
Millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

