“Mançester Siti”nin hücumçusu Erlinq Haland yaxın illərdə klubunu dəyişə bilər.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, norveçli forvard artıq “şəhərlilər”in rəhbərliyinə 2027-ci ilin yayında komandadan ayrılmaq niyyətində olduğunu bildirib.
Bununla belə, 25 yaşlı hücumçu qarşıdakı yay transfer dövründə “Mançester Siti”ni tərk etməyəcək və ən azı daha bir mövsüm İngiltərədə qalacaq.
Haland üçün əsas namizəd kimi “Real” göstərilir. Bundan başqa, onu heyətinə qatmaq istəyən klublar arasında “Barselona”nın da adı hallanır.

