“Qarabağ”ın rəqibini qorxutdular: “Onları Bakıda cəhənnəm kimi ab-hava gözləyir”

25 Avqust 23:20 Çempionlar Liqası 234
“Qarabağ”ın rəqibini qorxutdular: “Onları Bakıda cəhənnəm kimi ab-hava gözləyir”

Macarıstan idman mediası avqustun 27-də keçiriləcək Çempionlar Liqasının “Qarabağ” - “Ferensvaroş” matçı ətrafında yaşananları diqqətlə izləyir. Ağdam təmsilçisi Budapeştdə keçirilən ilk matçda sərfəli nəticə qazanıb - 3:1.

Amma baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, hələ mərhələnin taleyi həll olunmayıb və “Qarabağ”ı indidən Liqa mərhələsində görmək kimi fikirlər komandaya yalnız zərər verə bilər.

Sportinfo.az xəbər verir ki, Macarıstan mediasından promotions.hu saytı yazır: “Böyük oyuna çox az vaxt qalıb, vəziyyət getdikcə gərginləşir.

“Fradi” Çempionlar Liqasının elit mərhələsinə düşməyə çox yaxındır, lakin “Qarabağ”la oyunda bunu etmək üçün ciddi səylər göstərməlidir.

Çünki “FTC Groupama Arena”da çox yaxşı birinci hissədən sonra komanda sonda məğlub oldu. Azərbaycan çempionu oyunun ikinci hissəsində üç qol vurdu.

Cavab görüşü Bakıda keçiriləcək və biletlər inanılmaz sürətlə satılır. Həftəsonuna qədər demək olar ki, bütün biletlər satılmışdı. Bu səbəbdən “Fradi”ni çox güman ki, cəhənnəm

kimi bir ab-hava gözləyir. Azərbaycan klubunun azarkeşləri isə bununla kifayətlənmir, Bakıda “Fradi”yə qarşı möhtəşəm bir aksiya hazırlayırlar”.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!