Qurban Qurbanov məşhur klubun siyahısında - Son 3 namizəddən biridir

13:20 Qarabağ 910
Qurban Qurbanov məşhur klubun siyahısında - Son 3 namizəddən biridir

Moskva “Spartak”ı yeni baş məşqçi axtarışlarını davam etdirir.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəhbərliyin bu posta namizədlərinın sayı 3-ə düşüb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da həmin namizədlər arasında qalıb.

Azərbaycanın əfsanəfi məşqçisi kimi qələmə verilən 53 yaşlı mütəxəssisin ağdamlılarla avrokuboklarda qazandığı nailiyyət “Spartak” rəhbərliyinin diqqətini cəlb edir. Lakin onun Moskvaya köçmək ehtimalı digərlərinə nisbətən az hesab olunur.

İlk növbədə ona görə ki, “Qarabağ” Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir və Liqa mərhələsinin bir addımlığındadır.

Digər tərəfdən isə Azərbaycanla Rusiya arasında siyasi münasibətlər qaydasında deyil. Bu fakt da hər iki tərəfi qayğılandırır.

“Spartak” rəhbərliyinin baş məşqçi postuna digər namizədləri isə “Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviç və hazırda Sloveniyanın “Çelye” klubunu çalışdıran Albert Rieradır. İviçin üstünlüyü “Krasnodar”da uğurlu işi ilə yadda qalmasıdır. Lakin müdafiə futboluna üstünlük verməsi mənfi hal kimi qiymətləndirilir.

Riera isə hücum futboluna üstünlük verir və eyni zamanda Rusiya vətəndaşlığı var. Çünki həyat yoldaşı rusiyalıdır.

Onun rəhbərlik etdiyi “Çelye” Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ı üstələsə də (3:2, 3:3) mövsümə uğursuz başlanğıc edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil