Fransa klubu “Real”la danışıq aparır - Onu icarəyə götürmək üçün

26 Avqust 2025 01:40 Fransa 817
Fransa klubu “Real”la danışıq aparır - Onu icarəyə götürmək üçün

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos icarə əsasında “Marsel”ə keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubu 29 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar aparır.

Planlanan icarə müqaviləsində alınma şərti də nəzərdə tutulub və bu, gələcəkdə məcburi ola bilər.

İspaniyalı futbolçu ötən mövsüm La Liqada 24 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"