"Qarabağ" haqda suala “asan olmayacaq" cavabını verdi

"Qarabağ" haqda suala “asan olmayacaq" cavabını verdi

"Ferensvaroş"un sabiq futbolçusu İqor Xaratin Macarıstan klubunun Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmasından danışıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib ki, Ağdam təmsilçsi ilə qarşılaşmalar "Ferensvaroş" üçün asan olmayacaq:

"Qarabağ" böyük beynəlxalq təcrübəyə və oturuşmuş oyun sxeminə malik bir komandadır.

Ona görə də bu, “Fradi” ("Fradi" "Ferensvaroş"un ləqəbidir - red.) üçün asan qarşılaşmalar olmayacaq. Amma “Ferensvaroş”un qələbə qazanmağa imkan verən keyfiyyətləri var".

İ.Xaratin "Ferensvaroş" Çempionlar Liqasının Liqa mərhələsinə düşə bilərmi?" sualını isə belə cavablandırıb:

"Düşünürəm ki,onlar bu gücdədir. Düzgün motivasiya, mentalitet, konsentrasiya və güclü kollektiv formalaşdırılsa, “Ferensvaroş” bu il Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazana bilər".

"Qarabağ" "Fenersvaroş"la avqustun 19-da Budapeştdə, avqustun 27-də isə Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...