Yığmamızın müdafiəçisinin sevinci “yas”a döndü - Koreyada

03:10 Bizimkilər 142
Yığmamızın müdafiəçisinin sevinci “yas”a döndü - Koreyada

Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” ardıcıl ikinci oyunda məğlub olub.

Sportinfo.az xəbər verir ki, komanda bu dəfə Cənubi Koreya çempionatının 27-ci turu çərçivəsində səfərdə “Anyang”a 2:3 hesabı ilə uduzub.

Qonaqlar iki dəfə hesabda irəli çıxsalar da, 72-ci dəqiqədə azlıqda qaldıqlarından üstünlüklərini qoruyub saxlaya bilməyiblər.

Start heyətində meydana çıxan Krivotsyuk oyunu əvəzolunmadan keçirib.

Hesabında 42 xal olan “Daejeon” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil
24 Avqust 20:00 Çək və bizə göndər!
24 Avqust 10:40 5 cavabsız qol - VİDEO
24 Avqust 04:50 Niderlanda uduzduq