"Qarabağ"a verdikləri milyonlar boşa getdi - Tezliklə icarəyə göndərmək istəyirlər

00:30 Qarabağ 306
"Qarabağ"a verdikləri milyonlar boşa getdi - Tezliklə icarəyə göndərmək istəyirlər

"Qarabağ"ın sabiq hücumçusu Juninyo bu ilin əvvəlində transfer olunduğu "Flamenqo"dan ayrılmağa yaxındır.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Felipe Luisin gözləntilərini doğrultmayan 28 yaşlı forvard avqustun sonuna qədər Rio təmsilçisindən göndərilə bilər.

Hələlik Braziliya mətbuatında onunla Səudiyyə Ərəbistanı klublarının maraqlandığı haqda xəbərlər daha çox yayılır. Lakin onun başqa bir ölkəyə gedəcəyi də istisna deyil.

5 milyon avroya "Qarabağ"dan transfer edilən Juninyonun icarəyə veriləcəyi iddia olunur.

Juninyonun adı ötən həftə Braziliya çempionatında "İnternasional"la matçın iştirak ərizəsinə daxil edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil
24 Avqust 20:00 Çək və bizə göndər!
24 Avqust 10:40 5 cavabsız qol - VİDEO
24 Avqust 04:50 Niderlanda uduzduq