
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti olmayacaq.
Bu qərar hələ son mövsüm başa çatmamış elan edilmişdi.
Bəzi klub rəhbərləri az qala qərarı toy-bayramla qarşıladı.
Arasında futbol ictimaiyyətinin müxtəlif sahəsindən olanlar da vardı.
Səbəblər müxtəlif idi.
Arasında “vəssalam, yerli futbolçuların qiyməti aşağı düşəcək, daha əvvəlki qədər varlana bilməyəcəklər” havası daha çox hakim kəsilmişdi.
Amma “yay bazarlığı”nın ilk günləri başqa şeydən xəbər verir.
Yerlilərin qiyməti nəinki aşağı düşüb, hətta bir qədər də artıb.
Məsələn, Elvin Bədəlov, Murad Xaçayev daha yaxşı şərtlərlə “Sumqayıt”ı “Neftçi”yə dəyişdi.
“Araz Naxçıvan” yerliləri ilə daha yaxşı şərtlərlə yeni anlaşmalar imzaladı.
“Sabah”la iki illlik yeni anlaşma imzalayan Rəhman Daşdəmirov da ötən mövsümdən çox qazanacaq.
Misalları uzatmaq da olar...
Görünən odur ki, bəzilərinin azərbaycanlı futbolçularla bağlı ucuz yanaşması, yersiz arzusu elə öz əlində-ovcunda qalacaq.
XANOĞLAN İMANOV