“Qarabağ”dan ötrü mühüm olan... Zəif yerləri var - VİDEO

20:00 Qarabağ 214
“Qarabağ”dan ötrü mühüm olan... Zəif yerləri var - VİDEO

"Cavab matçında qol daha çox "Ferentsvaroş"a lazım olacaq.

Macarlar birinci zonadan topla çıxmağa çalışanda ciddi itkilər edir.

Komandamızın üçüncü qolunda rəqibin etdiyi səhvi və ikinci zonada itirdiyi topu gördük.

“Qarabağ” üçün problem cərimə meydanı içərisindəki durğunluq idi. Musa Qurbanlı daha effektli olar deyə düşünürük".

Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.

Aparıcı Elçin Cəfərov futbol mütəxəssisi Amit Quluzadə ilə birlikdə Çempionlar Liqasının pley-off məhələsi çərçivəsində keçirilən "Ferentsvaroş"-“Qarabağ” matçı ilə bağlı şərhlər verib.

Onlar rəqibin oyun planlarındakı problemlərdən danışıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil