"Qarabağ" - "Ferentsvaroş": Biletlər tükənir, bazar bağlanır

25 Avqust 2025 16:20 Qarabağ 2 120
"Qarabağ" - "Ferentsvaroş": Biletlər tükənir, bazar bağlanır

"Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri tükənir.

Sportinfo.az xəbər verir ki, çox az sayda bilet qalıb.

Klubun avqustun 23-də açıqladığı məlumatda 30 minə yaxın bilet satıldığı əksini tapmışdı.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Arena 31 200 azarkeş tutumuna malikdir.

Komandalar arasında Macarıstanda gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO