"Qarabağ"ın transferini razılaşdırdığı yeni hücumçu ilə bağlı NÖVBƏTİ XƏBƏR!

25 Avqust 2025 10:40 Qarabağ 8 302
"Qarabağ"ın transferini razılaşdırdığı yeni hücumçu ilə bağlı NÖVBƏTİ XƏBƏR!

"Qarabağ"ın yeni hücumçu ilə anlaşmasından xəbərdarsız.

Az öncə bu barədə oxucularımıza ilkin informasiyanı çatdırmışıq.

Çempionlar Liqasında liqa mərhələsinin biraddımlığında olan «köhlən atlar» uzun müddətdir danışıqlar apardığı ön xətt oyunçusu ilə razılığa gəlib.

Həmin forvard kolumbiyalıdır. O, sabah Azərbaycana gələcək və tibbi baxışdan keçəcək.

Sağlıq durumunda hansısa problem aşkarlanmasa, tərəflər arasında 3 illik (2+1) müqavilə imzalanacaq.

Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.

Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti