
"Neftçi"yə səviyyəli hücumçu lazımdır”.
Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə aiddir.
ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun seleksiya fəaliyyətini tənqid edib.
Bildirib ki, bakılılar bu yay bir çox mövqelərə transferlər etsə də, hucum fazası "yaddan çıxıb".
Onun dediyinə görə, Bassala Sambu "Neftçi"nin səviyyəsinə uyğun gəlmir və qol yollarında aciz biridir.
İngiltərəli forvardın qiymətinin ucuz olmasına görə komandaya cəlb olunduğunu söyləyən Rzayev azarkeşlərin nəticəyə kökləndiyini, bu kimi detallarla maraqlanmadığını diqqətə çatdırıb.
O, Abasovun irəli ucdakı problemi təcili həll etməsi gərəkdiyini vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN