“Neftçi”nin kapitanı: “Bu, bəhanə deyil, sadə səhvlərə yol veririk”

02:20 Neftçi 83
“Neftçi”nin kapitanı: “Bu, bəhanə deyil, sadə səhvlərə yol veririk”

“Yeni futbolçular hələ tam uyğunlaşmayıb”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin kapitanı Emin Mahmudova məxsusdur.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi bu yay düşərgəyə qoşulan yeni futbolçulardan danışıb:

“Bəziləri komandaya gec qoşulub. Bu, oyunda da müəyyən qədər hiss olundu.

Amma bu, bəhanə deyil. Qələbə qazanmalı idik.

Sadə səhvlərə yol veririk, onları aradan qaldırmağa çalışacağıq. İnanıram ki, yaxın zamanda daha güclü ‘Neftçi’ görəcəyik.

Əslində, vaxtımız yoxdur, növbəti oyunda mütləq qələbə qazanmalıyıq.

Yeni gələn futbolçuların kluba böyük fayda verəcəyinə inanıram. Onlar meydanda kreativliklərini göstərəcəklər.

Bu heyətlə minimum ilk üçlükdə yer alacağımızı düşünürəm. Amma ‘Neftçi’nin əsas hədəfi həmişə çempionluq olub.

Ən çətin mövsümlərdə belə bu dəyişməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil
24 Avqust 20:00 Çək və bizə göndər!
24 Avqust 10:40 5 cavabsız qol - VİDEO
24 Avqust 04:50 Niderlanda uduzduq