O, komanda yoldaşının günahını necə "yudu"?

17:00 Zirə 210
O, komanda yoldaşının günahını necə "yudu"?

"Zirə" mövsümə xal itkisi ilə başladı.

Halbuki komanda "Araz-Naxçıvan"la matçda qələbəyə yaxın tərəf kimi görsənirdi.

Fasiləyə saniyələr qalmış vurulan qol "qartallar" adına yerinə düşdü.

İssuf Paronun kobud xətasını İssa Cibrilla bağışlamadı.

İkinci yarı da meydanda daha sərbəst görünən meydan sahibləri idi.

Rəşad Sadıqovun komandası orta sahəni sürətlə arxada qoyur, uzun və qısa ötürmələrlə yaxşı hücumlar qururdu.

Sadəcə cərimə meydançasına kimi göz qırpımında gələn "Zirə"nin futbolçuları burada nə edəcəyini bilmirdi.

Gedişat gec-tez ikinci qolun vurulmasından xəbər verirdi.

Amma Bəxtiyar Həsənalızadə prosesi kökündən dəyişdi.

Təcrübəli mərkəz müdafiəçisi vurduğu qolla stoper yoldaşı Paronun günahını yumuş oldu.

Məhz bərabərlik qolundan sonra oyun nisbətən bərabərləşdi. Hətta bəzən üstünlük qonaqlara keçirdi.

Amma heç bir vəchlə nəticəni final fitinə kimi dəyişmək mümkün olmadı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil