"TRT Spor": "Qarabağ" ibrət olmalıdır, baxın, görün, nə qədər pul xərcləyiblər” - VİDEO

25 Avqust 22:40 Qarabağ 206
"TRT Spor": "Qarabağ" ibrət olmalıdır, baxın, görün, nə qədər pul xərcləyiblər” -  VİDEO

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Ferensvaroş" üzərində qələbəsi (3:1) Türkiyə mediasının da gündəminə düşüb.

Sportinfo.az xəbər verir ki, ölkənin ən populyar kanallarından "TRT Spor"da yayımlanan "Spor Manşet" proqramında Ağdam təmsilçisinin zəfəri haqda danışılıb.

Verilişdə Erman Gönülşen və Tayfun Bayındır Qurban Qurbanovun komandası barədə xoş sözlər səsləndiriblər:

"Qarabağ" çox vacib bir üstünlük əldə etdi. Bakıdakı cavab oyununda bu fürsəti qaçırmayacaqlarını düşünürəm. "Qarabağ" dedikdə həyəcanlanırıq. Çünki öz ölkəmizin bir komandası kimi göürük. Mükəmməldirlər.

Türkiyə Superliqasının vəziyyəti klublarımızın Avropada yaxşı nəticələr qazanmağına mane olur kimi fikirlər var idi.

"Qarabağ" Azərbaycan çempionatında oynayır. Azərbaycan Premyer Liqasının yüksək səviyyədə olduğunu deyə bilmərik.

Amma "Qarabağ" 2 il əvvəl Avropa Liqasında 1/8 finala çıxdı, son anda "Bayer"ə uduzdu. O "Bayer" ki, həmin vaxt əla durumda idi. Almaniyada çempion oldu, Avropa Liqasının finalında isə "Atalanta"ya uduzdu.

"Qarabağ" ibrət olmalıdır. Baxın, görün, nə qədər legionerləri var, nə qədər pul xərcləyiblər, klubun akademiyası necədir, necə qurulub?! O qədər böyük fərqlər var ki...

Bu, "Qarabağ"ın prezidenti Tahir Gözelin illərlə sərf etdiyi əməyin nəticəsidir. Onların futbol fəlsəfəsi öz işini görüb. Məncə, həddini bilmək belə bir şeydir.

"Qarabağ" böyük ehtimalla, bu il Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq. Bizi Azərbaycandan izləyən çox insan var. Onları da salamlayırıq".

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferensvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 18:10 Çək və bizə göndər!