
"Neftçi" bu dəfə Şamaxıda azarkeşlərini üzdü.
"Ağ qaralar" "Şamaxı"nın ardınca "İmişli" ilə bacarmadı.
90 dəqiqə qolsuz heç-heçə ilə tamamlandı.
Kenan Piriçin kobud xətasını Elvin Bədəlov sığortalamasaydı bəlkə də indi aran təmsilçisinin qələbəsindən danışırdıq.
"Neftçi" 0:1 geriliyi kimlə(lərlə) aradan qaldıracaqdır?
Boş qapını nişan almaq əvəzinə topu Qobustana yollayan Bassala Sambu ilə?
Məncə, Samir Abasov düşərgədə həyəcan siqnalı səsləndirə bilər.
"Şamaxı" faciəsini təsadüf adlandırdıq. Ayxan Abbasov amilinə bağladıq.
Bəs buna nə deyək?
Süni meydan, isti hava səbəblər arasında ola bilər.
Amma heç bir halda aylardır bəyənmədiyimiz, məsxərə obyektinə çevirdiyimiz portuqaliyalı mütəxəssislə bacarmamamağın izahı yoxdur.
Bunun adı faciədir.
Bəlkə də gələcək faciənin başlanğıcı.
XANOĞLAN İMANOV