“Qarabağ” ÇL-də pley-off səddini aşsa, hansı səbətədə yer alacaq?

14:20 Çempionlar Liqası 1 247
“Qarabağ” ÇL-də pley-off səddini aşsa, hansı səbətədə yer alacaq?

Çempionlar Liqasına uğurlu start götürən “Qarabağ”ı indi liqa mərhələsindən cəmi bir oyun ayırır.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdırsa, qitənin nəhəng klublarını Bakıya gətirəcək.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə, Liqa mərhələsinin püşkatması zamanı sonuncu – 4-cü səbətdə yer alacaq.

Düzdür, ağdamlıların əmsalı turnirə əsas raunddan başlayacaq “Atletik” (İspaniya) və “Nyukasl”dan (İngiltərə) çoxdur. Lakin 32,000-lik əmsal aşağı reytinqli komandalar sırasında yer almaq deməkdir.

Çempionlar Liqasında Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil