“Keçən mövsüm qazandığımız beş kuboku tez bir zamanda unutmalıyıq"

18:40 Fransa 101
“Keçən mövsüm qazandığımız beş kuboku tez bir zamanda unutmalıyıq"

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni mövsümdəki hədəflərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis parislilərin yalnız gələcək barədə düşünməli və yenidən bütün kuboklar uğrunda savaşmalı olduğunu bildirib:

“Keçən mövsüm qazandığımız beş kuboku tez bir zamanda unutmalıyıq. Onlar artıq keçmişdə qalıb. İndi yalnız gələcək barədə düşünməliyik.

Məqsədimiz yenidən onları qazanmaqdır. Bu, bizim iddiamızdır, hədəfimizdir”.

PSJ 2024/25 mövsümündə Liqa 1, Fransa kuboku, superkuboku, UEFA Çempionlar Liqası və UEFA superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil