Satdığı legioner "Qarabağ"ın qarşısına çıxmayacaq - Çempionlar Liqasında

Satdığı legioner "Qarabağ"ın qarşısına çıxmayacaq - Çempionlar Liqasında

"Ferentsvaroş" "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Habib Mayqa zədəli olduğu üçün Budapeşt təmsilçisinin heyətindən çıxarılıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi Bolqarıstan "Lüdoqorets"inə 3:0 hesabı ilə qalib gəldikləri III təsnifat mərhələsinin cavab görüşündə zədələnib.

Onu avstraliyalı yeni transfer Daniel Arzani əvəzləyib.

"Ferentsvaroş"un qışda "Qarabağ"dan transfer etdiyi Julio Romao da sifariş ərizəsinə daxil edilməyib. O, uzun müddətdir zədəlidir.

"Ferentsvaroş" və "Qarabağ" arasında avqustun 19-da "Qrupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab görüşünün start fiti saat 23:00-da çalınacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...