“Neftçi”də darıxmıram” - Liqa 1-dən gələn tanınmış

13:00 Neftçi 336
“Neftçi”də darıxmıram” - Liqa 1-dən gələn tanınmış

“Həqiqətən, çox yaxşı klubdur.

Düşünürəm ki, bu il “Neftçi”nin səviyyəsini qorumaq üçün əlimizdən gələni edəcəyik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futbolinfo.az “Neftçi”nin yeni transferi Falaye Sako deyib.

Sağ cinah müdafiəçisi komandaya qısa müddətdə adaptasiya olduğunu bildirib:

“Hər şey qaydasındadır. Futbolçular tərəfindən yaxşı qarşılandım, buna görə də kollektivə özümü tez uyğunlaşdıra bildim.

Bakıda özümü yaxşı hiss edirəm. Burada darıxmıram, sanki öz vətənimdəyəm.

Düşünürəm ki, tədricən tam uyğunlaşacam. Hazırda bu klubda olduğum üçün çox məmnunam”.

Mali yığmasının üzvü söyləyib:

“İndi məşqçi ilə birlikdə daha çox işləyəcəyik ki, növbəti oyunları qələbə ilə başa vuraq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacaq və yüksək nəticə əldə edəcəyik”.

Falaye Sako “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 22:55 Bura onun yeri deyil