"Qarabağ"ın SON DƏQİQƏ TRANSFERİ – Onun adı YALNIZ BİZDƏ!

25 Avqust 2025 19:00 Qarabağ 6 689
"Qarabağ"ın SON DƏQİQƏ TRANSFERİ – Onun adı YALNIZ BİZDƏ!

Budur, «Qarabağ»ın yeni transferi…

Artıq onun kimliyini dəqiqləşdirə bilmişik.

Tanış olun - Kamilo Duran Marquez!

23 yaşlı kolumbiyalı sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli «Medellin»də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından «Flamenqo»ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - «Lusitania»ya getsə də, buradan tez ayrılıb. Ardınca «Estrela»nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında «Portimonenze»yə üz tutub.

Kolumbiyalı universal keyfiyyətləri ilə Qurban Qurbanovun diqqətini çəkib. Hücumun mərkəzi ilə yanaşı, sağ və sol cinahlarda da oynaya bilir.

Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.

Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti