“Qarabağ” yeni hücumçu ilə anlaşdı - SON DƏQİQƏ XƏBƏRİ

25 Avqust 2025 09:40 Qarabağ 14 286
“Qarabağ” yeni hücumçu ilə anlaşdı - SON DƏQİQƏ XƏBƏRİ

Nəhayət, "Qarabağ" azarkeşlərinin ürəyi yerinə gələ bilər!

Doğma komandaları onların hücumçu arzusunu həyata keçirməyə çox yaxındır.

Çempionlar Liqasında liqa mərhələsinin biraddımlığında olan «köhlən atlar» uzun müddətdir danışıqlar apardığı ön xətt oyunçularından biriylə anlaşma əldə edib.

Hələlik adını dəqiqləşdirə bilməsək də, razılığı alınan forvardın Cənubi Amerikadan olmasını öyrənmişik.

Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.

Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti