Robbi Kin Bakıda “Qarabağ”ı udacaqlarına ümidini itirmir

Robbi Kin Bakıda “Qarabağ”ı udacaqlarına ümidini itirmir

"Birinci hissədə hər şey istədiyimiz kimi getdi.

Komanda yaxşı oynadı və hesabı açdı".

Sportinfo.az xəbər verir ki, bunu "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a 1:3 hesablı məğlubiyyət haqda deyib.

İrlandiyalı mütəxəssis cütün qalibi olacaqlarını ümidini itirmir:

"Bense Otvosun zədələnməsi işlərimizi pozdu. Təəssüflər olsun ki, bəsit qollar buraxdıq.

Oyuna daha çox nəzarət etməli idik. Rəqibin artıq mərhələ adlayacağını düşünməsi bizə ümid verir.

Futbolda hər şey mümkündür, çətin vəziyyətdən çıxmaq gücündəyik".

"Qarabağ"la "Ferentsvaroş" arasında cavab matçı avqustun 27-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 10:20 Milliyə çağırılmayacaq