
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş"la Macarıstanda keçiriləcək ilk oyununun hakimləri müəyyənləşib.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Dvqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 27-də Bakıda olacaq.