Ruslar Azərbaycanda işləyən məşqçini yaddan çıxarmadı

26 Avqust 2025 01:50 Hadisə 1 717
Ruslar Azərbaycanda işləyən məşqçini yaddan çıxarmadı

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev doğum gününü qeyd edir.

Mütəxəssis 73 yaşına çatıb.

Sportinfo.az xəbər verir ki, "Rubin"in (Kazan) mətbuat xidməti komandanın keçmiş baş məşqçisini doğum günü münasibətilə təbrik edib:

"Bütün qəlbimizlə Kurban Berdıyevi təbrik edir, ona möhkəm sağlamlıq, qarşıya qoyulan bütün hədəflərə çatmağı və məşqçilik karyerasında uğurlar arzulayırıq!"

Berdıyev dövründə Kazan komandası 2 dəfə Rusiya çempionu olub, həmçinin 1 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi