
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə ilk oyunda (1:0) komandasının şanslı olduğunu etiraf edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Biz sadəcə şanslı deyildik, çox, çox, çox şanslı idik. Lakin Maykl Cordanın dediyi kimi, nə qədər çox çalışsan, bir o qədər şanslı olarsan”.
PSJ – “Liverpul” oyunu martın 5-də Parisdə keçirilib. Cavab oyunu martın 11-də baş tutacaq.