ÇL-in finalı ilk dəfə Avropadan kənarda keçirilə bilər – Tarix və məkan bəllidir

12 Fevral 21:40 Çempionlar Liqası 574
ÇL-in finalı ilk dəfə Avropadan kənarda keçirilə bilər – Tarix və məkan bəllidir

Çempionlar Liqasının finalı 2033-cü ildə ABŞ-da keçirilə bilər. Bu halda turnirin tarixində ilk dəfə həlledici matç Avropadan kənarda oynanılacaq. UEFA yaxın vaxtlarda Amerika agentliyi ilə ABŞ-da matç keçirmək hüququnun transferi ilə bağlı müqavilə bağlamağı planlaşdırır.

Sportinfo.az “The İndependent”-ə istinadən xəbər verir ki, sonuncu Çempionlar Liqası mövsümü də bu sazişə daxildir.

Xatırladaq ki, hazırkı Çempionlar Liqasının finalı Münhendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 08:20 Qeyrət üçün 50 manat