Bu həftə Çempionlar Liqasında yeni yarış başladı.
Sportinfo.az xəbər verir ki, “Opta” mütəxəssisləri nüfuzlu klub turnirinin növbəti qalibini müəyyən etmək üçün öz “superkompüter”ini işə salıb.
Təhlillərə görə, “Mançester Siti”nin titul qazanmaq şansı ən yüksəkdir. Pep Qvardiolanın komandasının qələbəsi 25,3 faiz qiymətləndirilir.
“Real” 2-ci yerdədir, Karlo Ançelottinin yetirmələrinin qələbə ehtimalı 18,2 faiz təşkil edir.
İlk üçlüyü “İnter” tamamlayır – 10,9 faiz.
Reytinqdə sonrakı yerləri “Arsenal”, Levekuzen “Bayer”i, “Barselona”, “Liverpul”, “Bayern”, PSJ və başqaları tutur.