Çempionlar Liqasının finalında çıxış edəcək - Məşhur müğənni

16 May 2024 18:40 Çempionlar Liqası 693
Çempionlar Liqasının finalında çıxış edəcək - Məşhur müğənni

Məşhur amerikalı müğənni Lenni Kravitz Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə “Real” arasında keçiriləcək oyun başlamazdan əvvəl çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşma iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Xatırladaq ki, turnirin həlledici oyununa gedən yolda “Borussiya” 1/8 finalda PSV, 1/4 finalda “Atletiko”, yarımfinalda isə PSJ-ni məğlub edib. “Real” da öz növbəsində “Leyptsiq”, “Mançester Siti” və “Bayern”dən üstün olub.

Çempionlar Liqasında çempionluq sayına görə “Real” rekordçudur. Madridlilər bu turnirdə 14 dəfə qalib olub. “Borussiya” Çempionlar Liqasını cəmi bir dəfə – 1997-ci ildə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət