“Siti" "Bavariya"nı, "Benfika" "İnter"i qəbul edir - Çempionlar Liqasında bu gün

11 Aprel 2023 18:20 Çempionlar Liqası 441
“Siti" "Bavariya"nı, "Benfika" "İnter"i qəbul edir - Çempionlar Liqasında bu gün

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gecənin ən maraqla gözlənilən matçı İngiltərədə "Mançester Siti" ilə Almaniya "Bavariya"sı arasında olacaq. Erkən final adlandırılan oyunu ispaniyalı FIFA referisi Xesus Hil Mansano idarə edəcək.

Digər görüşdə isə İtaliya "İnter"i Portuqaliyada "Benfika" ilə qarşılaşacaq. Görüşün baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

1/4 finalın digər iki oyunu aprelin 12-də keçiriləcək.

11 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Mançester, "Etihad" stadionu.

23:00. "Benfika" (Portuqaliya) - "İnter" (İtaliya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Lissabon, "Eştadiu du Benfika" stadionu

Digər Xəbərlər
Xəbər Lenti