Azərbaycan futbolunun stadion problemindən ciddi şəkildə əziyyət çəkdiyi bir vaxtda yayılan bu xəbər göydəndüşmə oldu.
“Sea Breeze”də stadion tikilir!
Təbii ki, “Sea Breeze” adı çəkiləndə, ağıla ilk gələn iş adamı Emin Ağalarovdur. Zənnimizdə yanılmamışdıq. “Sea Brezee Arena”nın təqdimat mərasimində Emin Ağalarov şəxsən iştirak edirdi. Qonaqların dairəsi də tədbirin mötəbərliliyindən xəbər verirdi: Minifutbol Federasiyasının və KOBİA-nın İdarə Heyətinin Sədri Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və assosasiyasınını digər rəsmi şəxsləri, PFL-in prezidneti Elxan Səmədov, vitse prezidenti Aslan Şahgəldiyev və qurmun başqa məsul nümayəndələri, “Qarabağ”ın direktoru Əmrah Cəlikəl, klubun İdarə Heüyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurvanov, futbol üzrə Azərbaycanın yeganə olimıpiya çempionu İqor Ponomaryov, futbolumuzun məşhur yetirmələrindən Nazim Süleymanov, Asim Xudiyev. Tərlan Əhmədov, Mahmud Qurbanov və digərləri. Stadionun tədimat mərasimində bütün suallara aydınlıq gətirldi. Əvvəlcə layihənin rəhbərliyi arenanın maketi və layihəsı ilə qonaqları tanış etdi. Stadionun layihəsini özündə əks etdirən videorolik nümayiş olundu. Video-təqdimatdan sonra “FN Sports & Development” Holdinqinn Müşahidə Şurasının sədri Həmid Fərəməzov və layihınin tərəfdaşı olaraq Emin Ağalarov arenanın inşasına başlanılmasına dair müqaviləni imzalayıblar.
Daha sonra “Sea Breeze” layihəsiin rəhbəri, iş adamı Emin Ağalarov cıxış edərək stadion tikintisini “Sea Brezee” layihəsi çərçivəsində mühüm bir addım kimi dəyərləndirdi. Olimpiya şempionu İqopr Ponomaryovvə Asim Xudiyev “Sea Brezee”nın tikintisini Azərbaycan futoblu adına böyük hadisə adlandırdı.
Stadionun layihə rəhbəri “FN Sports & Development”dir. Şirkətin prezidenti “Şəfa”nın keçmiş prezidenti, 2 ay əvvəl klubdan ayrılan Sərdar Salmanzadədir. O vaxt mediaya aşıqlamasnda Salmanzadə “daha böyük lahiyələrdə çalışacam” açıqlamasıyla diqqət çəkmişdi və budur, onun böyük layihəsi artıq ortadadır.
“Sea Breeze Arena” təkcə futbolu oyunları ucun nəzərdə tutulmayıb. Burada, MMA, cüdo, güləş və digər idman növləri üzrə yarışlar və məşqlər keçiriləcək. Konsert və digər böyük tədbirlərin təşkili də nəzərdə tutulub. İlkin olaraq azı 5 min azarkeş tutumu olacaq “Sea Breeze Arena”nın sonradan 10 min yerlik olması da nəzərdə tutulub. Arenanın 2027-ci ilin sonuna qədər təhvil verilməsi planlaşdırlır. Azərbaycan idmanı üçün xeyirli-uğurlu olsun.
İlkin Fikrətoğlu

