Məşhur azərbaycanlı hücumçunun qiyməti 100 min avro azaldı - FOTO

3 İyun 14:20 Araşdırma 697
Məşhur azərbaycanlı hücumçunun qiyməti 100 min avro azaldı - FOTO

Almaniyanın məşhur "Transfermarkt" portalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

Sportinfo.az xəbər verir ki, Almaniyada "Kayzerslautern"in formasını geyinən Emrelinin dəyəri 100 min avro azalıb.

Milli hücumçunun dəyəri hazırda 600 min avro (təxminən 1,19 milyon manat) təşkil edir.

Onun “Kayzerslautern”dən ayrılacağı gözlənilir. Emreli bu mövsüm ikinci Bundesliqa və Almaniya kuboku olmaqla cəmi 13 matçda meydana çıxıb və 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR