Xəbər verdiyimiz kimi, UEFA "Turan Tovuz"u 2026/27 mövsümü Avropa kuboklarından uzaqlaşdırıb.
Məsələ ilə əlaqədar Tovuz təmsilçisi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Sportinfo.az xəbər verir ki, indiki halda Azərbaycanın yeni mövsüm avrokuboklarda dördüncü, Konfrans Liqasında ikinci təmsilçisi "Zirə" olacaq.
Misli Premyer Liqasını 4-cü pillədə başa vurmuş "Neftçi" üçüncü yeri tutmuş "Turan Tovuz"un əvəzləyicisi qismində Konfrans Liqasına 2-ci, 5-ci yeri tutmuş "Zirə" isə 4-cü yerin əvəzləyicisi olaraq yarışa 1-ci mərhələdən qoşulacaq.
Beləliklə, 2026/27 mövsümündə Azərbaycanı Avropa kuboklarında "Sabah" (Çempionlar Liqası), "Qarabağ" (Avropa Liqası), "Neftçi" və "Zirə" (hər ikisi Konfrans Liqası) təmsil edəcək.
Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da, II təsnifat mərhələsinin görüşləri isə iyulun 23-ü və 30-da keçiriləcək. Bu yarışın 1-ci mərhələsinin püşkü iyunun 16-da, ikinci mərhələnin püşkü isə iyunun 17-də atılacaq.
"Zirə" püşkatmatma səpələnmişlər, "Neftçi" isə səpələnməmişlər səbətində yer alacaq.
"Zirə"nin 26 mümkün rəqibi
“Velej” (Bosniya və Herseqovina)
“Virtus” (San-Marino)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“Santa Koloma” (Andorra)
“Connah’s Quay Nomads” (Uels)
“Bohemians” (İrlandiya)
“Styarnan” (İslandiya)
“Europa” (Cəbəllütariq)
“İnter” (Finlandiya)
“Malişeva” (Kosovo)
“Yelimay” (Qazaxıstan)
“Dinamo” (Tirana, Albaniya)
“UNA Ştrassen” (Lüksemburq)
“Hegelmann” (Litva)
“Penibont” (Uels)
NSİ Runavik (Farer adaları)
“Sileks” (Şimali Makedoniya)
“Mornar” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya)
“Marsaşlokk” (Malta)
“Nomme Kalyu” (Estoniya)
“Elbasani” (Albaniya)
“Karnarvon Taun” (Uels)
“Mondorf-le-Ben” (Lüksemburq)
“Petrovats” (Monteneqro)
"Neftçi"nin 41 mümkün rəqibi
“Braqa” (Portuqaliya)
“Ayaks” (Niderland)
“Kopenhagen” (Danimarka)
“Gent” (Belçika)
“Rapid” (Avstriya)
“Panatinaikos” (Yunanıstan)
“Ludoqorets” (Bolqarıstan)
FCSB (Rumıniya)
“Rakuv” (Polşa)
“Partizan” (Serbiya)
“Luqano” (İsveçrə)
AEK (Kipr)
“Başakşehir” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
ÇFR Kluj (Rumıniya)
HİK (Finlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Brann” (Norveç)
“Spartak” (Slovakiya)
“Hradets Kralove” (Çexiya)
“Austriya” (Avstriya)
“Katovitse” (Polşa)
“Vaduts” (Lixtenşteyn)
“Nordsyelland” (Danimarka)
“Tobol” (Qazaxıstan)
“Apollon” (Kipr)
“Hibernian” (Şotlandiya)
HB Torşavn (Farer adaları)
“Sion” (İsveçrə)
Həmçinin aşağıdakı klubların iştirak etdiyi I təsnifat mərhələsi cütlüklərinin qalibləri:
RFS (Latviya)
“Astana” (Qazaxıstan)
“Jalgiris” (Litva)
“Şkendiya” (Şimali Makedoniya)
“Balkani” (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
“Hamrun Spartans” (Malta)
“Milsami” (Moldova)
“Levadia” (Estoniya)
“Paide” (Estoniya)
“Differdanj 03” (Lüksemburq)
“Dinamo” (Minsk, Belarus)

