Bu yay 2 futbolçu ilə vidalaşacaq - Premyer Liqanın iddialısı

3 İyun 18:40 İngiltərə 362
Bu yay 2 futbolçu ilə vidalaşacaq - Premyer Liqanın iddialısı

“Mançester Yunayted” yay transfer dövründə iki yarımmüdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Manuel Uqarte və Kazemiro ilə vidalaşacaq.

Daha əvvəl yayılan xəbərlərdə “Mançester Yunayted”in Edersonu transfer etməyə yaxın olduğu bildirilmişdi.

Hazırda “Atalanta”da çıxış edən braziliyalı yarımmüdafiəçinin komandadakı boşluğu doldurması gözlənilir.

Ötən mövsüm İngiltərə Premyer Liqasında 71 xal toplayan “Mançester Yunayted” turnir cədvəlini 3-cü pillədə başa vurub və növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR