Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri, “Arsenal”ın UEFA Çempionlar Liqasının finalında PSJ-yə qarşı oyununu tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunu deyib:
“Arsenal”ın planı ilk dəqiqələrdən aydın idi. Bu komanda qətiyyən heç nə etmədi. Qapı qarşısında heç nə yaratmaq istəmirdilər.
Onlar yalnız topu qapıdan keçirdilər. “Arsenal” vaxt itirdi və bu cür futbolu izləmək dözülməz idi.
Qalib gələ bilmədiklərinə görə çox şadam. “Arsenal” kuboku qazansaydı, bu, pis olardı”.
Oyun 1:1 hesabı ilə başa çatıb. “Topçular” PSJ-yə penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olublar.

