Oğluna dünya çempionatına yollanmağa icazə vermədi - Atası zənglərə cavab vermədi

3 İyun 00:10 Hadisə 480
Oğluna dünya çempionatına yollanmağa icazə vermədi - Atası zənglərə cavab vermədi

Tunis millisinin hücumçusu Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb.

O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib.

Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!