TƏCİLİ! “Turan Tovuz”un taleyinə bu tarixdə aydınlıq gələcək

20:00 Turan 446
TƏCİLİ! “Turan Tovuz”un taleyinə bu tarixdə aydınlıq gələcək

“Turan Tovuz”da bütün qüvvələr səfərbər olub.

Mövsümü 3-cü pillədə başa vurub avrokuboklara hazırlaşan komandanın üzləşdiyi durum hər kəsi pərişan edib.

Söhbət bölgə təmsilçisinin Konfrans Liqasında iştirakdən məhrum edilməsi təhlükəsindən gedir.

2019-cu ildə adı “oyun alveri”ndə hallanan klubun UEFA-nın “qara siyahısı”na düşməsi vəziyyəti qəlizləşdirib.

Ölkənin gündəmini zəbt edən məlum məsələ ilə bağlı müvafiq qurumlardan kluba məktub daxil olması barədə məlumat var.

“Turan Tovuz” başına gələnlərlə bağlı CAS-a, yəni İdman Arbitraj Məhkəməsinə müraciət edib ki, qadağa aradan qaldırılsın, komanda Konfrans Liqasında iştirak edə bilsin.

Adətən, CAS-a edilən müraciətlərin öz həllini tapması aylarla vaxt tələb edir. Lakin bu kimi hallarda istisnalar mövcuddur. Odur ki, təmsilçimizin məktubunə qısa zamanda baxılacaq və qərar veriləcək.

“Turan Tovuz” gələn ay Konfrans Liqasında oynaya biləcək, ya yox?

Bu sualın cavabı iyunun 4-də bilinməlidir.

Məhz bu tarixdə son qərar açıqlanmalıdır. 1-2 gün yubanma qaçılmazdır. Ən pis halda bu həftənin sonuna qədər hər kəs xəbərdən hali olacaq.

Maraqlıdır ki, indiyə qədər Avropa futbolunda adı “oyun alver”ində hallanan neçə-neçə klub sonradan avrokuboklarda iştirak edib.

Çünki “qara işə” əl qoyan futbolçular olub və həmin futbolçular layiq olduqları cəzanı alıb.

“Turan Tovuz”da o dönəmdə hansısa işbazların pul həvəsinə düşməsinin nəticəsi futboldan uzaqlaşdırılmaq olub. Belədə, klub niyə Konfrans Liqasından kənartda qalmalıdır?

Hazırda CAS-da klubun ünvanladığı bu və digər sualların cavabı axtarılır. Müsbət cavaba ehtimal az olsa da, yox deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti