Rəhbərlik millinin vəziyyəti ilə maraqlandı, müzakirə aparıldı

3 İyun 03:30 Voleybol 358
Rəhbərlik millinin vəziyyəti ilə maraqlandı, müzakirə aparıldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millinin üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu abrədə AVF-dən bildirilib.

Görüşdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.

Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib.

Yığmaya Avropa Liqasında uğurlar arzulanıb, voleybolçuların ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!