"Real" və "Mançester Siti"ni həyacanlı gecə gözləyir

24 Fevral 21:20 Çempionlar Liqası 222
"Real" və "Mançester Siti"ni həyacanlı gecə gözləyir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Gecənin maraqlı görüşlərindən biri İtaliyada "Atalanta" və İspaniya "Real Madrid"i arasında baş tutacaq.

Vacib oyun öncəsi "kral klubu"nun heyətində ciddi itkilər var. Dani Karvahal, Serxio Ramos, Eder Militao, Marselo, Alvaro Odriosola, Federiko Valverde, Eden Azar, Kərim Benzema və Rodriqo zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər.

Meydan sahiblərində isə Hans Hatebur eyni səbəbdən oynamayacaq.

Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər.

Qarşılaşma pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Mönhenqladbax təmsilçisində yeganə itki Abdulay Dukuredir. "Şəhərlilər"də isə Natan Ake oyunu buraxacaq.

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya)

24:00. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xəbər Lenti
20 Aprel 17:40 Bəs "Zirə" nə etsin?