Milli məşqlərə başladı

2 Dekabr 2019 18:35 Boks 1 052
Milli məşqlərə başladı

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Umberto Orta Domingesin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub.

Komanda ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti