Coşua Məcidova məğlubiyyəti unutmur

22 Noyabr 2019 14:55 Boks 840
Coşua Məcidova məğlubiyyəti unutmur

Məşhur peşəkar boksçu Entoni Coşua dekabrın 7-də Səudiyyə Ərəbistanında növbəti döyüşünə çıxacaq.

Sportinfo.az xəbər verir ki. ingiltərəli dəri əlcək ustası WBA (Super), İBF, WBO və İBO təşkilatlarının birgə kəməri uğrunda mübarizə aparacaq. Bu il iyunun 1-də Nyu-Yorkda amerikalı Endi Ruisə 7-ci raundda uduzmuş Coşua bu dəfə revanş görüşünü keçirəcək.

30 yaşlı Coşua iyunda Ruisdən aldığı məğlubiyyətin ona o qədər də çox təsir etmədiyini bildirib. O, 2011-ci ildə Bakıda keçirilən həvəskar boks üzrə dünya çempionatının finalında Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzmasının ona daha ağır təsir göstərdiyini vurğulayıb:

“Niyə Nyu-Yorkda uduzduğumu bilmirəm. Ancaq Azərbaycandakı məğlubiyyət mənə daha çox təsir edib. Ruisi isə mən dekabrda məğlub edəcəyəm”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov (+91 kq) ilk dünya çempionluğunu məhz Entoni Coşua üzərində qələbə qazanaraq əldə edib. O, hakimlərin qərarına əsasən 22:21 hesabı ilə qalib gəlmişdi. Azərbaycan Prezidenti İlham Əliyev qızıl medalı şəxsən Məcidovun boynundan asıb.

Endi Ruis – Entoni Coşua döyüş gecəsində Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci görüşünü keçirəcək. O, ingiltərəli Tom Litlla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!